Ford yeni elektrikli nəqliyyat vasitələrini nümayiş etdirib. Bunlara 2022-ci ilədək yeni hibrid qoşmalı və yeni tam elektriklə çalışan modeli də daxildir. ABŞ avtomobil istehsalçısı önümüzdəki üç ildə yollara 40 fərqli elektrik vasitəsini çıxartmağı planlaşdırır.
Ford sürücülüyün gələcəyinin elektrikli olduğuna inanır.
Bu, Ford Motor şirkətinin istehsal etdiyi yeni avtomobillərdir. Onlar ya tam elektrikli, ya da daxili yanma ilə elektrikin birləşməsi olan hibridlidir.
Onlar sürücülərə Avropa şəhərlərində tətbiq olunan "aşağı emissiya zonalarına" uyğunlaşmağa kömək edəcəklər. Bu sahələr sürücülərə yüksək emissiya avtomobillərinin sürülməsi üçün ödəniş tələb edir, lakin bu yeni avtomobillərlə yola pul ödəmək lazım olmayacaq.
"Düyməyə toxunaraq batareyanın elektrik enerjisinə və avtomobilin daxili yanma mühərrikindən istifadəsinə qənaət edərək avtomobili Londona sürə bilərsiniz. Londona çatdıqdan sonra elektrik enerjisinə keçirsiz və şəhər mühitində avtomobil zərərli emissiya olmadan işləyəcək," Ford şirkətinin Avropadakı nümayəndəliyindən Volker Eis deyir.
Fordun Avropadakı ən məşhur avtomobili Tranzitdir və şirkət yavaş-yavaş avtomobili daxili yanmadan hibridə dəyişir. Fordun Avropakı nümayəndəliyinin sədri Stiv Armstronq şirkətinin bu avtomobilləri yola çıxarmağa hazır olduğunu söyləyib.
"Son 12 ayda Londonda 16 müştərilərimizlə birlikdə test yürüşləri keçirdik və bu test yürüşlərinin nəticələrindən istifadə edərək, bu ilin sonunda bu avtomobillərin tam istehsalına başlayacağıq və insanlar bu ilin sonuna qədər Avropanın küçələrində bu avtomobilləri görəcəklər," Fordun Avropakı nümayəndəliyinin sədri Stiv Armstronq deyir.
Tam elektrik versiya 2021-ci ildə istifadəyə veriləcək.
"Bütün texnologiyalar yenidir. Bu, ən son nəsil batareya və elektron mühərrik texnologiyasıdır," Ford şirkətinin Avropadakı nümayəndəliyindən Coyerq Beyer deyir.
Ford 150 kilometr məsafəni qət edə biləcək tam elektrikli sərnişin mikroavtobusu və 600 kilometrlik idman maşını inkişaf etdirdiyini söyləyib. Onlar 2020-ci ilə qədər də istehsal olunacaq.
Armstronqun sözlərinə görə, onlar iqlim dəyişikliyinə münasibət tələb edən bir dünyada rəqabət üçün lazım olanları edirlər.
"Əlbəttə ki, elektrifikasiya yeni sürət növlərinə keçdikdə karbon dioksid emissiyalarını azaltmaq üçün sənayenin çox böyük bir hissəsi olacaqdır. Beləliklə, gələcəkdə bizdən daha çox elektrifikasiya xəbərləri görəcəksiniz. Gələn il, ilk Mustangdan ilhamlanmış ilk tam elektrikli SUV-miz olacaq," Fordun Avropakı nümayəndəliyinin sədri Stiv Armstronq deyir.
Avtomobilləri dəstəkləmək üçün avtomobil şirkətlərinin konsorsiumu gələn il Avropada 400 yükləmə – elektrik doldurma stansiyası açmaq niyyətindədir.