Accessibility links

Hindistanın 2030-cu ilə qədər dünyanın ən böyük üçüncü iqtisadiyyatı olacağı proqnozlaşdırılır


Yeni Dehli
Yeni Dehli

Maliyyə proqnozlarına görə, Hindistan iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatları arasında ən sürətli inkişaf nümayiş etdirərək, bu onilliyin sonunadək dünyanın üçüncü ən böyük iqtisadiyyatı olmaq yolunda irəliləyir.

Şirkətlər güclü artım qeydə aldığı və maaşları artırdıqları bir vaxt, peşəkarlar arasında nikbinlik dalğası yaşanır.

"Hindistan hökuməti ilə bağlı yaxşı proqnozalar var. Üstəlik, hətta dost çevrəmizdə çox sayda insan iş dəyişir, daha yaxşı vəzifələrə keçirlər. Bizdə də həyat yoldaşım bu yaxınlarda yeni işə keçib" , yaxın zamanda yeni maşın alan Yeni Dehlidə marketinq üzrə mütəxəssis Caidip Mançanda deyir.

Hindistan COVID-19 pandemiyasından güclü şəkildə çıxdığı bir vaxt Mançanda və onun həyat yoldaşı Tanya Tandon kimi istehlakçılar ölkə daxili tələbata təkan verir. Noyabr ayında ölkədə avtomobil sektorunda rekord satışlar qeydə alınıb. Ölkəyə yeni sərmayə axır ki, bu da ona bir çox ölkədə qeydə alınan yavaşlayan artım trendinə tab gətirməyə yardım edir.

Hindistanın bu il Rusiyanın Ukraynadakı müharibəsinin yaratdığı iqtisadi çaxnaşmaya rəğmən təxminən 7 faiz artacağı gözlənilir.

Nyu Yorkda qərargahlanan investisiya şirkəti Morgan Stanley və S&P Globalın proqnozlarına əsaəsn, bu momentumun artacağı və Hindistanın Yaponiya və Almaniyanı ötərək, dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu Hindistanın 2028-ci ilədək bu mövqeyə çıxacağını təxmin edir. Birləşmiş Ştatlar və Çin dünyanın ən böyük iqtisadiyyatlarıdır.

Dünya Bankının dekabr ayında Hindistan iqtisadiyyatı ilə bağlı yaydığı ən son hesabatında da deyilir ki, Hindistan digər inkişaf etməkdə olan iqtisadiyyatların əksəriyyəti ilə müqayisədə qlobal çətinliklərə nibsətən daha yaxşı tab gətirə bilər.

"Hindistan iqtisadiyyatı pisləşən xarici mühitə qarşı olduqca davamlıdır" , Dünya Bankının Hindistan üzrə direktoru Auqust Tano Kuame bu ayın əvvəlində bildirib.

Dünya Bankının məlumatına görə, Hindistan iqtisadiyyatı böyük daxili bazara malik olduğu və beynəlxalq ticarətə nisbətən daha az məruz qaldığı üçün nisbətən təcrid olunub.

Artımın gələcək illərdə azalacağı gözlənilir, çünki bir çox ölkədə olduğu kimi Hindistan da qlobal ərzaq və yanacaq qiymətlərindəki artımdan sonra inflasiya ilə mübarizə aparır. Bundan əlavə mümkün qlobal tənəzzül də onun iqtisadi momentumuna risk törədir.

Ancaq bu, nikbinliyi azaltmır.

"İqtisadiyyat ardıcıl olaraq 5.5-6 faiz arasında artmaqda davam etsə belə, bu əlamətdar olacaq" , Yeni Dehlidə Müşahidəçi Araşdırmalar Fondundan iqtisadçı Abhicit Muxopadhyay deyir.

"Dünya boyu çox sayda dəyişikliklər baş verir və biz ümid edirik ki, onların bəziləri Hindistan iqtisadiyyatı üçün faydalı olacaq".

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG