Fori: Qayalarda tarix
Böyük bir ərazini əhatə edən Fori Ərazisi Paleontoloji Mərkəzdən çox uzaqda yerləşsə də burada da Coni Dey Fosil Yataqlarına xas süxur və bitki örtüyünü görmək mümkün idi. Müxtəlif vulkanik partlayışlar və süxurların zamanla eroziyası nəticəsində fərqli forma və çatlara sahib bu təpəliklər hər dəfə güclü yağışlar yağdıqca yumşaq süxurların yeyilib aparılması nəticəsində fərqli görüntü və möhtəşəmlik qazanır. Həqiqətən də bu ucsuz-bucaqsız çöllükdə, qayaların arasında gəzdikcə tarixin sizə pıçıldadığını, sizinlə öz sirrlərini bölüşmək istədiyini duyursunuz. Cığırın sonunda yol boyu məlumat üçün asılmış lövhələrin ən sonuncusunda belə bir sual yazılmışdı: görəsən milyon il sonra bu ərazilər necə bir görüntüyə sahib olacaq?
Episodes
-
Oktyabr 21, 2024
Tramp və Harrisin seçki kampaniyası ritorikası qızışır
-
Oktyabr 21, 2024
Sulutəpə sakinləri "Azərsu" qarşısında etiraz edir
-
Oktyabr 18, 2024
Əl işləri dünyanı gəzən Astaranın sonuncu xalçaçısı