Accessibility links

Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı 11 il həbsə məhkum edilib


Mahir Quliyev
Mahir Quliyev

Martın 18-də Bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakim Müşfiq Məmmədovun sədrliyi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevi 11 həbsə məhkum edib.

Təqsirləndirilən şəxsin vəkili Leyla Məmmədova məhkəmədən Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil eyni zamanda Quliyevin Bakı şəhərindəki iki mənzilinin və bir minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib.

Mahir Quliyev də son sözündə günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Mahir Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, son bir neçə il ərzində çoxsayllı yüksək vəzifəli məmurlar rüşvət və mənimsəmə ittihamı ilə həbs olunub. Onların arasında nazirlər, nazir müavinləri, idarə rəisləri və yeddidən çox keçmiş icra hakimiyyəti başçısı var.

XS
SM
MD
LG