Accessibility links

İran parlamentinin keçmiş spikeri prezidentliyə mümkün namizəd kimi qeydiyyatdan keçib


İran parlamentinin keçmiş spikeri cümə günü İslam Respublikasında iyunun 28-də keçiriləcək prezident seçkilərində bu ayın əvvəlində helikopter qəzasında həlak olan mərhum İbrahim Rəisini əvəzləmək üçün yeddi mümkün namizəddən biri kimi qeydə alınıb.

Əli Laricani seçki üçün qeydiyyatdan keçən ilk yüksək səviyyəli namizəddir. O və Rəisiyə qarşı olan digər əsas namizədlərin 2021-ci il seçkilərində iştirakına qadağa qoyulmuşdu.

66 yaşlı Laricani İranın dar siyasi səhnəsində mühafizəkar siyasətçi hesab olunur. Bununla belə o, administrasiyası 2015-ci ildə dünya qüdrətləri ilə nüvə sazişi bağlayan keçmiş prezident Həsən Ruhani ilə getdikcə daha çox müttəfiqlik edir. Laricani 2021-ci ildə ali dini rəhbər Ayətullah Əli Xameneyinin himayədarı olan sərt-xətt tərəfdarı Rəisinin seçildiyi səsvermədə özünü praqmatik namizəd kimi göstərmişdi.

Laricani son günlər internetə namizəd olacağını təsdiqləyən məlumatlar yerləşdirib və şərhlər verib. Laricani ailəsi uzun müddətdir ki, İranın şiə teokratiyasında güclü mövqeyə malikdir.

Laricani jurnalistlərə açıqlamasında "İqtisadi sanksiyalar məsələsinin həlli İran üçün diplomatiyanın prioritetləri arasında olacaq" deyib.

Bütün namizədlər Xameneyinin nəzarəti altında olan və din xadimləri və hüquqşünaslardan ibarət 12 nəfərlik heyətdən ibarət İranın Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir. Bu komissiya heç vaxt nə bir qadını, nə də ölkənin idarəçiliyində köklü dəyişikliklərə çağıran şəxsi təsdiq edib.

Kimin namizəd olacağı və potensial olaraq təsdiqlənəcəyi sual altındadır. Ölkə prezidenti vəzifəsini icra edən, əvvəllər pərdəarxası bürokrat olan Məhəmməd Moxber artıq Xameneyi ilə görüşdüyünə görə əsas namizəd ola bilər. Bunan əlavə mümkün namizədlər kimi keçmiş sərt-xətt tərəfdarı prezident Məhəmməd Əhmədinejad və keçmiş islahatçı prezident Məhəmməd Hatəmi də müzakirə olunur. Lakin onların namizədliyinə icazə verilib-verilməyəcəyi də bir başqa sualdır.

Beş günlük qeydiyyat müddəti çərşənbə axşamı bitəcək. Keşikçilər Şurasının 10 gün ərzində namizədlərin yekun siyahısını açıqlayacağı gözlənilir. Bu, iyunun sonunda keçiriləcək səsverməyə qədər qısaldılmış iki həftəlik kampaniyaya imkan verəcək.

Yeni prezident vəzifəyə ölkənin uranı təxminən silah səviyyəsində zənginləşdirdiyi və beynəlxalq təftişlərə mane olduğu bir vaxt başlayacaq.

İran Ukraynaya qarşı müharibəsində Rusiyanı silahlandırıb və Qəzzadakı müharibə zamanı İsrailə dron və raket zərbələsi endirib. O, həmçinin Yaxın Şərqdə Yəmənin Husi üsyançılarını və Livanın Hizbullah qrupu kimi proksi qrupları silahlandırmaqda davam edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG