Accessibility links

ABŞ-ın keçmiş maliyyə naziri TikTok-u almaq istəyir


Stiven Mnuçin
Stiven Mnuçin

ABŞ-ın keçmiş maliyyə naziri Steven Mnuçin cümə axşamı Nümayəndələr Palatasının məşhur video tətbiqinin Çində qərargahlanan sahibi satmağa razı olmasa, onu ABŞ-da qadağan etmək üçün səs verməsindən bir gün sonra TikTok-u almağa çalışmaq üçün bir investor qrupu yaratacağını söyləyib.

Keçmiş prezident Donald Trampın kabinetində çalışmış Mnuçin CNBC-yə deyib ki, 170 milyondan çox ABŞ istifadəçisi olan TikTok “ABŞ bizneslərinə məxsus olmalıdır. Çinlilər heç vaxt ABŞ şirkətinin Çində belə bir şeyə sahib olmasına icazə verməzdi.”

Mnuçin investor qrupuna başqa kimin daxil ola biləcəyi və ya TikTok-un mümkün dəyəri ilə bağlı heç bir məlumat verməyib. TikTok Çinin texnologiya firması ByteDance Ltd-nin sahib olduğu törəmə şirkətdir.

Nümayəndələr Palatası, TikTok-un ABŞ-da mövcud sahibliyi və istifadəsinin ABŞ üçün milli təhlükəsizlik təhdidi yaratdması ilə bağlı narahatlıqlara əsaslanaraq, 352-65 səs fərqi ilə satışın lehinə səs verib. Qanun layihəsinin Senatdakı aqibəti hələ ki, qeyri-müəyyəndir.

Senat qanunvericiləri deyib ki, onlar Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsini hərtərəfli nəzərdən keçirəcək. Senatın çoxluq lideri Çak Şumer bildirib ki, o, qanun layihəsinin aqibətini mmüəyyən etmək üçün müvafiq komitə sədrləri ilə məsləhətləşməli olacaq.

Prezident Co Bayden deyib ki, Konqres qanun layihəsini təsdiq etsə, o onu qanuna imzalayacaq.

TikTok Çin hökumətinin aləti kimi istifadə oluna bilinəcəyini inkar edib. Şirkət bildirib ki, ABŞ-dakə istifadəçilərin məlumatlarının heç vaxt Çin rəsmiləri ilə paylaşmayıb və istənilsə belə etməz. ABŞ hökuməti həmçinin TikTok-un Çin səlahiyyətliləti ilə bu cür məlumatlar paylaşdığına dair sübut təqdim etməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG