Accessibility links

Formula 1-ə görə 17 marşrut dəyişdirilir


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Verilən məlumata görə, Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik olunacaq.

Qurum bildirir ki, qeyd olunan marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

Bu il Azərbaycanda Formula 1 yarışları aprelin 26-dan 29-na kimi keçiriləcək.

​Bu yarışlar Azərbaycanda artıq 4-cü dəfədir keçirilir. Razılaşmaya görə, bu yarışlar Azərbaycanda 2023-cü ilədək davam edəcək.

Rəsmilər bu yarışlara detallarına qədər, ümumilikdə nə qədər xərc çəkildiyini açıqlamırlar. Müxalifət isə bunu şəffaflığın olmaması ilə izah edir. Onlar deyirlər ki, Azərbaycan belə yarışlara pul xərcləməkdənsə, əhalinin sosial problemlərini həll etməlidir.

Hakimiyyət rəsmiləri isə iddia edirlər ki, bu yarışlar ölkəyə həm turistlərin gəlməsini artırır, həm də Azərbaycan haqqında müsbət imicin formalaşmasına kömək edir.

AzadlıqRadiosu

XS
SM
MD
LG