Accessibility links

Formula 1-in ilk mövsüm yarışı təxirə salındı


Avstraliyanın Formula 1 Qran Prisi koronavirus narahatlığı ilə əlaqədar ləğv edildi. Digər idman tədbirləri boş stadionlarda oynanılacaq.

Baş nazir Scott Morrison avstraliyalıları inandırmaq və sakitləşdirmək üçün xalqa müraciət ünvanlayıb.

Avstraliya Qran Prisi Formula 1 mövsümünün ilk yarışı olmalı idi.

McLaren komandasının bir üzvündə COVID-19 virusu aşkarlandıqdan sonra xəstəliyin artması narahatığı yaranıb. Uzun müzakirələrdən sonra səlahiyyətlilər Melbrunda keçirilməsi nəzərdə tutlan yarışın təxirə salınması qərarını alıb.

Bu qərar Formula 1-in yarış cədvəlinin qalan hissəsini şübhə altına alır.

Digər tərəfdən isə Sidneydə cümə günü Avstraliya və Yeni Zelandiya arasında keçiriləcək beynəlxalq kriket matçı bağlı qapılar arxasında oynanılacaq.

Mütəxəssislər hökuməti digər ölkələri, o cümlədən ABŞ və İtaliyanı örnək götürərək bütün genişmiqyaslı idman yarışlarını dayandırmağa çağırır.

Xalqa müraciətində baş nazir Scott Morrison hökumətinin böhrana məsuliyyətli yanaşdığını söyləyib.

Qeyd edək ki, Avstraliya xəstəliyin iqtisadi təsiri gücləndikcə tənəzzülü dayandırmaq üçün 11 milyard dollarlıq bir stimul paketi elan edib.

Hazırda Avstraliyada təsdiqlənmiş COVID-19 virusuna yoluxma hallarının sayı 160-ı ötüb. Yoluxanlar arasında Oskar mükafatçısı aktyor Tom Henks və həyat yoldaşı Rita Vilson da var

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG