Accessibility links

Formula-1 yarışı 2023-cü ilə qədər uzadılıb


"Formula-1"
"Formula-1"

Fevralın 5-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula -1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakıda keçirilən "Formula-1" yarışlarının uzadılmasına dair yeni müqavilə imzalayıb.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yeni razılaçmanın müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.

Yeni müqavilənin detalları açıqlanmır.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.

Formula 1
Formula 1

Azərbaycan Formula-1 Grand Prix yarışlarını 2016-cı ildən təşkil edir.

Sonuncu dəfə keçən il aprelin 27-dən 29-na kimi Bakıda Formula-1 yarışları keçirilib.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan daha 2 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər Azərbaycanda Formula-1 Grand Prix yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG