İyunun 4-dən 6-dək Bakıda Formula-1 Azərbaycan Qran Pri yarışlarının keçirilməsilə əlaqədar paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, mayın 31-dən iyunun 8-dək Qran-Pri yarışının keçiriləcəyi “Bakı halqası” boyu küçələrdə və bitişik küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.
Qran-Pri yarışının keçiriləcəyi “Bakı halqası”nın uzunluğu 6 kilometrdir, yarış avtomobillərinin maksimal sürəti saatda 360 kilometr olacaq.