Accessibility links

FORUM: 28 may - NƏ GÜNÜ?


M. Rəsulzadə 58 il əvvəl Amerikanın səsinə verdiyi müsahibədə izah edir. Bəs siz nə düşünürsünüz?

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan olunduğu 28 may sizin fikrinizcə Azərbaycanın İstiqlal Günü günü kimi qeyd olunmalıdırmı? Yoxsa, Azerbaycan Respublikasının tarixi Sovetlərin dağılmasından sonra başlayır? Bəs Azərbaycan Respublikasının banisi kimdir? Bu məsələdə də fərqli fikirlər səslənir. Azərbaycan xalqı 1953-cü ilin 28 mayında Amerikanın səsindən ona müraciət edən Rəsulzadənin təsəvvüründəki müstəqilliyə nail olubmu? Sizin fikrinizə görə, müstəqilliyin başlıca atributları olan Azərbaycan bayrağı, Azərbaycanın milli himni və milli dilinə rəsmi səviyyədə lazımi önəm verilirmi və 28 mayda bu atributların sizin üçün mənası nədir? Məmməd Əmin Rəsulzadənin səsyazısına qulaq asın və münasibətinizi ŞƏRHLƏR bölməsində bildirin!

XS
SM
MD
LG