11 mart, 12 mart, 2 aprel və 17 aprel! Gənclərin, müxalif qüvvələrin təşkil etdiyi aksiyalar barədə təcrübələrinizi, fikrinizidigər oxucularımızla bölüşün. Amerikanın səsi bu forumu peşəkar jurnalist olmayan izləyicilərinin bir birləri ilə fikir mübadiləsi edə bilməsi və həm də başverən hadisələrin mümkün qədər daha çox insana çatdırıla bilməsi üçün yaradıb. Bunu "kütlələvi vətəndaş jurnalistikası" və ya ingilis dilində deyildiyi kimi bir növ "crowdsourcing" adlandıra bilərik. Arzumuz düşüncəniz, əqidəniz nə olur olsun siz hörmətli izləyicilərimizin səslərinin eşidilməsi bir-bir birindən xəbər tutması və fərqli fikir və düşüncələrə açıq olmasıdır. Xatırladaq ki, bu guşə sizə şəxsiyyətinizi, adınızı, e-mail ünvanınızı gizli saxlamaq imkanı verir. Əlbətdə ratinq deyilən bir şey də var və biz mümkün qədər çox izləyicimizin saytımıza daxil olmasını istəyirik buna baxmayaraq hərşeyi ratinq uğruna etmirik. Ayrıca burada səsləndirilən şərhlər Amerikanın səsinin hadisələrə münasibətini əksetdirmir. Biz mədəni çərçivədə qalmaq şərti ilə kimisə və ya kimlərisə söyüşə, təhkirə yer verməyən bütün şərhləri bu quşədə yerləşdirəcəyik. Misal üçün iki gün bundan əvvəl bəzi universitetlərdə tələbələrin mitinqlərə görə dərsə qoyulmadığı barədə bizə yazdılar. Yaxud kimisə askiyada iştiraka məcbur edirlərsə onun şikayətinə də yer verməyə hazırıq. Qoyun cəmiyyətin, heç olmasa maraqlanıb, vaxt ayırıb bu sayta baxanların hadisələrdən xəbəri olsun. Ona görə, keçmişdə baş vermiş və gələcəkdə planlaşdırılmış aksiyalarla əlaqədar, gördüklərinizi, şahidi olduğunuz hadisələri, başınıza gələnləri, şəxsiyyətinizi gizli tutaraq başqa izləyicilərimizlə bölüşə bilərsiniz. Mövqeyinizi, düşüncələrini aşağıda ŞƏRHLƏR bölməsində yazın.