Accessibility links

Forum: Ərəb inqilablarının post-Sovet məkanına mümkün təsirləri


Posljednja radijska emisija Glasa Amerike na hrvatskom jeziku, Washington, DC, 23. studenog 2011.
Posljednja radijska emisija Glasa Amerike na hrvatskom jeziku, Washington, DC, 23. studenog 2011.

Beynəlxalq Seçki Sistemləri Fondunun Orta Asiya və Qafqaz üzrə direktoru Anthony Bowyer Yaxın Şərqdə baş verənlərin şübhəsiz sabiq Sovet məkanının cənubunu çalxaladığını etiraf etdi. Onun sözlərinə görə məhz ərəb dünyasında baş verən olayların ardınca bir sıra sabiq Sovet respublikalarında islahata doğru bəzi addımlar atılıb.

Aprelin 11-də Johns Hopkins Universitetindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunda Yaxın Şərq və Şimali Afrikadakı üsyanların Orta Asiya, Qafqaz və Türkiyəyə təsiri mövzusunda forum keçirilib. Forum iştirakçıları inqilab dalğasının yaşandığı ərəb dünyası ilə post-Sovet məkanı arasındakı oxşar və fərqli cəhətləri təhlil ediblər.

Giriş sözü ilə çıxış edən institutun direktoru Frederick Starr inqilabi etirazların ümumi əlamətlərinə və mümkün fəsadlarına nəzər saldı. O, 1789-cu il Fransa İnqilabını, 1848 və 1917-ci ildəKi inqilab dalğalarını nümunə gətirərək inqilabların bir sıra hallarda nəzərdə tutulan məqsədlərdən yayındığını və uğursuzluqla nəticələndiyini vurğuladı.

Mürəkkəb Əməliiyatlar Mərkəzinin direktoru John Herbst ərəb dünyasında baş verən hadisələrdən əxz olunası dərslərdən danışdı. Onun sözlərinə görə Tunis, Misir və Liviyada baş verənlər bir çox müşahidəçiləri təəccübləndirdi. Heç kəs onillərlə sabit görünən rejimlərin qısa müddətdə yox olacağını proqnozlaşdırmamışdı. Orta Asiyaya gəlincə, o, bu regionda bir sıra oxşar cəhətlərin mövcud olduğunu diqqətə çəkdi ki, bunların sırasında narazı gənclik və avtoritar idarə üsulu nəzərə çarpır. Lakin ərəb dünyasından fərqli olaraq Orta Asiya ölkələri ümumi mədəni-siyasi məkanı bölüşmürlər:

“Orta Asiyada sərhədləri adlayan mədəni vəhdət Yaxın Şərqdə olduğu qədər güclü deyil. Buna misal olaraq Əl-Cəzirəni göstərmək olar ki, regionda baş verənləri açıq şəkil müəyyən auditoriyaya çatdırmağa çalışır,” deyə o, bildirdi. Bununla belə cənab Herbst qonşulara təsir imkanlarına malik ölkələr kimi Qazaxıstan və Özbəkistanı sadaladı.

Orta Asiyaya səfərdən yenicə qayıtmış Atlantik Şurasında Dinu Patriciu Avrasiya Mərkəzinin direktoru və ABŞ Türkiyə və Azərbaycandakı sabiq səfiri Ross Wilson öz təəssüratlarını forum iştirakçıları ilə bölüşdü. O, rəsmilərlə görüşündə daxili siyasi situasiyadan çox Pakistanda baş verənlərə, orada cəmiyyətin İslamlaşmasına diqqət yetirildiyini bildirdi. Cənab Vilson onu da qeyd etdi ki, Orta Asiya rəsmiləri xalq üsyanlarının arxasında dayanan səbəblərdən agahdırlar və onlar inqilabları önləmək üçün xalqın arzularına uyğun müvafiq tədbirlərin görülməli olduğunu anlayırlar.

Beynəlxalq Seçki Sistemləri Fondunun Orta Asiya və Qafqaz üzrə direktoru Anthony Bowyer Yaxın Şərqdə baş verənlərin şübhəsiz sabiq Sovet məkanının cənubunu çalxaladığını etiraf etdi. Onun sözlərinə görə məhz ərəb dünyasında baş verən olayların ardınca bir sıra sabiq Sovet respublikalarında islahata doğru bəzi addımlar atılıb. Cənab Bowyer etiraz dalğasının burada o qədər də güclü olmadığını qeyd etdi.

“Azərbaycanda son günlərdə bir sıra aksiyalar olub və polis bu aksiyaları müxtəlif səviyyəli zorakılıqlarla dağıdıb. Bu aksiyalar əsasən Facebook və xaricdə qərargahlanan azərbaycanlılar tərəfindən təşkil olunub. Bütün hallarda aksiyalardan belə təəssürat meydana çıxır ki, nümayişlər daha çox köhnə müxalifəti təmsil edirlər.”

Daha sonra söz alan Türkiyə Analitiki məcmuəsinin redaktoru Halil Karaveli rəsmi Ankaranın yürütdüyü siyasətə nəzər saldı. O, hakim Ədalət və İnkişaf Partiyasının hadisələrdən müəyyən çaşqınlıq keçirdiyini, lakin fürsətdən istifadə edərək ərəb ölkələrində İslam ideologiyasına uyğun hökumətlərin təşəkkül tapmasını arzuladığını söylədi.

Çıxışların ardınca başlanan sual-cavab sessiyasında forum iştirakçıları öz suallarını natiqlərə ünvanladılar. Azərbaycandan olan Rumsfeld təqaüdçüsü Fidan Hüseynli Anthony Bowyer-in Azərbaycandakı etiraz dalğasının xarakteri haqda dedikləri ilə razılaşmadığını bildirdi. Onun sözlərinə görə Azərbaycanda etiraz dalğasının hərəkətverici qüvvəsi məhz gənclərdir. Fidan Hüseynli əlavə etdi ki, Azərbaycan kimi ölkələrdə rejimlər xalqın könlünü almaq üçün bəzi addımlar atmağa çalışırlar, lakin siyasi azadlqılar olmadan bu islahatlar vətəndaşların gözləntilərinə cavab vermir.

Tədbirdən sonra ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Wilson Amerikanın Səsinə şərhində ABŞ-ın regiondakı xarici siyasət hədəfləri haqda danışdı: “Son 20 ildə Amerikanın Cənubi Qafqaz və Orta Asiya regionu və ümumilikdə sabiq Sovet məkanı ilə bağlı siyasətinin başlıca maraqları demokratik inkişaf, azad bazara əsaslanan iqtisadiyyatın qurulması və bu ölkələrə öz suverenliklərini, müstəqilliklərini və ərazi bütövlüklərini reallaşdırmağa yardım göstərmək olub. Və bunlar ABŞ-ın regiondakı siyasətinin başlıca sütunları olaraq qalır. Biz Orta Asiya və Cənubi Qafqazda problemlərin öhdəsindən gələ biləcək uğurlu, firavan, demokratik və azad cəmiyyətlərin bərqərar olmasını istəyirik.”

XS
SM
MD
LG