Accessibility links

Foto-blogger Mehman Hüseynov saxlanıb


Bu gün Bakı vaxtı ilə saat18-də foto-bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov Səbayel rayon Polis İdarəsinə dəvət edilib və o, 3 saat dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb. Bu barədə Amerikanın Səsi radiosuna RATİ-nin direktoru Emin Hüseynov bildirib. Onun sözlərinə görə, foto-blogger Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə təqsirli bilinir.

"Polis İdarəsində Mehman Hüseynova deyiblər ki, guya o Çevik Polis Alayının xüsus təyinatlı əməkdaşlarını döyüb", - deyə dindtrilmədə iştirak edən Emin Hüseynov qeyd edib.
Dünən Mehman Hüseynov Amerikanın Səsinə müsahibədə təqsirli olmadığını bildirib. "Mən Eurovision mahnı müsahibəqəsi dövründə sosial şəbəkələrdə çox fəal olmuşam, "Demokratiya naminə mahnı" kampaniyasının fəal iştirakçısıyam. Mənim fotolarım və video-roliklərim beynəlxalq medialarda dəfələrlə dərc olunub. Məhz, bu səbəbdən də məni saxlayırlar"- deyə o, qeyd edib.

XS
SM
MD
LG