Accessibility links

Türkiyədə zəlzələ nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının adı məlumdur


Azərbaycan xilaserdiciləri zəlzələ zonasında (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Azərbaycan xilaserdiciləri zəlzələ zonasında (Foto Fövqəladə Hallar Nazirliyinindir)

Türkiyədəki zəlzələdə bu günə qədər 4 nəfər Azərbaycan vətəndaşının - Nailə Bünyatovanın, Rəna Məmmədovanın (Ökten), Sevinc Məmmədovanın və Leyla Karlın vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Leyla Karlı ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirir ki, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyə prosesi davam edir.

“8 fevral 2023-cü il tarixində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir”, xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XS
SM
MD
LG