Accessibility links

Əfqanıstanda gecə reydi zamanı Taliban lideri və bir yaraqlı öldürülüb


NATO rəsmiləri Əfqanıstanın şərqində gecə reydi zamanı bir Taliban lideri və bir yaraqlının öldürüldüyünü deyir. Koalisiya qüvvələri bu gün Lağman vilayətində NATO qüvvələrinin köməyi ilə əfqan polisinin keçirdiyi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə qarşı yolkənarı bomba partlayışları hazırlayan Taliban liderini hədəf alıb. Lakin yerli sakinlər əfqan və NATO qoşunlarının günahsız mülkü vətəndaşların evinə hücum edərək, iki nəfəri öldürdüklərini bildirib. İnsident ABŞ və əfqan hökumətlərinin birgə imzaladıqları razılıqdan bir neçə həftə sonraya təsadüf edib. İki ölkə arasında imzalanan razılığa görə əfqanların evlərinə gecə reydləri də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri xüsusi əməliyyatlara nəzarət edəcək.

Bazar ertəsi NATO və əfqan rəsmiləri Zabul vilayətinin cənubunda yaraqlılarla Amerika əsgərləri arasında atışmada azı üç uşağın öldürüldüyünü deyib.

Əfqan rəsmiləri atışmanın Şacoi rayonunda yaraqlıların yerli ictimai liderlər və ABŞ qüvvələrinin keçirdiyi görüşə hücum edən zaman başladığını deyib.

XS
SM
MD
LG