Accessibility links

Əfqan zabitlərinin narkotik maddə alverində əli olduğu ehtimal edilir


ABŞ rəsmiləri bəzi əfqan hava qüvvələrində xidmət göstərən zabitlərin rəsmi təyyarələrdə ölkə boyu narkotik maddə və qanunsuz silah daşıdıqları haqda ittihamları araşdırır. NATO-nun sözcüsü hələlik araşdırmalara hazırlıq getdiyini bildirib. ABŞ-ın “The Wall Street Journal” qəzeti yazır ki, təhqiqatçılar hava qüvvələrində narkotik maddə və silah alverinin ötən il baş vermiş ölümcül hücumla əlaqəsi olub-olmadığını da araşdırırlar. Ötən il baş vermiş hücum zamanı əfqan hərbi pilotu NATO qoşunlarına atəş açaraq səkkiz ABŞ əsgərini və bir amerikalı podratçını qətlə yetirmişdi. Bu, 2011- ci ildə müharibə başlanğıcından bəri ən ölümcül insidentdir. Qəzet hadisəni törətmiş hava qüvvələrinin polkovnikinin qanunsuz fəaliyyətdə olduğunu yazır.

Əfqanıstan dünyada istifadə olunan tiryəkin 90 faizini istehsal edir. BMT Əfqanıstanın ümumi daxili məhsulundan gələn gəlirin 15 faizinin narkotik maddə alverindən gəldiyini deyib.

XS
SM
MD
LG