Accessibility links

Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları Türkiyədə keçirilə bilər


Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları Türkiyədə keçirilə bilər
Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları Türkiyədə keçirilə bilər

Həmid Karzay bu fikrə açıq olduğunu bildirib

Əfqanıstan prezidenti Həmid Karzayın sözlərinə görə, o, Türkiyənin Əfqanıstan hökuməti ilə Taliban arasında barışıq danışıqlarına ev sahibliyi etməsi fikrinə açıqdır. Dünən İsranbulda jurnalistlərin suallarını cavablandıran cənab Karzay deyib ki, Taliban nümayəndələri danışıqların Türkiyədə keçirilə biləcəyini bildirib. Türkiyə prezidenti Abdulla Gül Talibanın Türkiyədə ofisinin açılması təklifinə birbaşa cavab verməsə də deyib ki, onun ölkəsi Əfqanıstanda təhlükəsizliyi bərqərar etmək üçün əlindən gələn hər bir işi görəcək. Cənab Gül, Həmid Karzay və onların pakistanlı həmkarı Asif Əli Zərdari habelə gələn ilin aprelində birgə hərbi təlimlərin keçirilməsi barədə razılığa gəliblər. Təlimlər Türkiyənin Əfqanıstanla Pakistan arasında inam yaratmaq səyləri çərçivəsində baş tutacaq.

XS
SM
MD
LG