Accessibility links

Əfqanıstanda azyaşlı qız ərinin qohumları tərəfindən işgəncələrə məruz qalıb


Əfqanıstanda azyaşlı qız ərinin qohumları tərəfindən işgəncələrə məruz qalıb
Əfqanıstanda azyaşlı qız ərinin qohumları tərəfindən işgəncələrə məruz qalıb

Əfqanıstan rəsmilərinin bildridyinə görə, ərinin qohumları tərəfindən aylardır işgəncələrə məruz qalan 15 yaşlı qız müalicə edilmək üçün Hindistana göndərilib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatında Səhər Gül adlı həmin qızın qayınanası və baldızının nəzarət altına alındığı, həyat yoldaşı və qayınatasının isə axtarıldığı deyilir. Əfqanıstan prezidenti Həmid Karzay bu işlə bağlı təhqiqat aparılmasına göstəriş vermiş və demişdir ki, Gülə qazrşı zorakılılqar işlədənlər cəzalandırılacaq.

Barəsində cinayət işi qaldırılan Səhər Gülün fahişəliyə məcbur edilərək, döyüldüyü, ac saxlandığı, yandırıldığı, dırnaqlarının çıxarıldığı deyilir. Səhər Gülün keçən həftə qohumunun yerli polisə xəbər verməsindən sonra Baqlan vilayətində, ərinin yaşadığı evin zirzəmisindən tapıldığı bildirilir.








XS
SM
MD
LG