Accessibility links

Əfqanıstanda 3 alman əsgəri həlak olub


Əsgərlər Taliban militantlarının hücumuna məruz qalıb

Almaniya ordusunun bildirdiyinə görə, ölkənin Əfqanıstandakı 3 əsgəri bu gün Talibanla gedən döyüşlər zamanı həlak olub. Alman rəsmilər deyir ki, Kunduz şəhərinin cənub-qərbindəki Çadar Dara ərazisində bomba- aşkarlama missiyasını yerinə yetirən əsgərlərTaliban döyüşçülərinin hücumuna məruz qalan zaman ölüblər. Hadisə yerindən daxil olan məlumata görə, toqquşma Alman zirehli maşını minanın üzərindən keçərən partlayandan sonra başlayıb. Rəsmilər deyir ki, döyüş zamanı digər əsgərlər isə yaralanıb. Taliban tərəfdən bir itki olub. Əfqanıstanda 4 mindən çox qoşunu olan Almaniya ABŞ və Birləşmiş Ştatlardan sonra Əfqanıstanda ən çox hərbi qüvvəyə malik ölkədir.

XS
SM
MD
LG