Accessibility links

Əfqanıstanda hökumət binasına hücum olub


Əfqan rəsmiləri intiharçıların ölkənin qərbində yerləşən Farah vilayətində hökumət binasına hücumu nəticəsində təxminən yeddi nəfərin öldürüldüyünü və 12 nəfərin yaraladığını bildirib.

Daxili İşlər Nazirliyi və polis rəsmiləri dörd hücumçunun bu gün dövlət binasına hücum edərək, partlayışlar törətdiklərini, hücumçular və polis işçiləri arasında bir neçə saat atışmanın olduğu haqda məlumat verib.

Hadisədə altı polis əməkdaşı və bir mülkü vətəndaş həlak olub. İntiharçı hücumçuların dördü də öldürülüb.

Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Taliban yaraqlıları bu ayın əvvəli hər il oilduğu kimi yaz aylarında hücumlar həyata keçirəcəyini elan etmiıdi.

NATO qüvvələri Əfqanıstanda təhlükəsizliyə nəzarətin böyük hissəsini artıq yerli rəsmilərə təhfil verib. Xarici döyüş qoşunların 2014-cü ilədək ölkədən çıxarılması nəzərdə tutulur.

XS
SM
MD
LG