NATO-nun Əfqanıstanın cənubunda ən böyük bazasına edilmiş hücumun məsuliyyətini bu gün Taliban öz üzərinə götürüb. Dünən Qəndəhar hərbi hava bazasında raketlər və minomyotlardan istifadə edən yaraqlılar onun şimal hissəsindən içəri daxil olmağa çalışıb. NATO rəsmiləri hücum zamanı bir neçə koalisiya əsgərinin və işçinin yaralandığı bildirsə də, itkilər barədə məlumat verilməyib. Taliban sözçüsü deyib ki, yaraqlılar bazaya iki istiqamətdən hücum edib və 15 raket atıblar. Bu, son bir həftə ərzində Əfqanıstanda hərbi obyektə ikinci hücumdur. Çərşənbə günü Talibanın ABŞ-ın Bagram hərbi hava bazasına hücumu nəticəsində bir amerika kontraktoru həlak olmuşdu.
Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb