Accessibility links

Əfqanıstanda iki NATO əsgəri öldürülüb


Əfqanıstanda iki NATO əsgəri öldürülüb
Əfqanıstanda iki NATO əsgəri öldürülüb

Dünən Əfqanıstanın cənub və şərq bölgələrində 11 mülki əfqan vətəndaşı və 5 koalisiya əsgəri həlak olub

NATO rəsmiləri bildirirlər ki, Əfqanıstanın şimalında yol kənarında yerləşdirilmiş bomba partlayışı 2 koalisiya əsgərinin həlak olmasına bais olub. NATO bildirib ki, hadisə bu gün baş verib, lakin bu barədə ətraflı məlumat verməyib. Bu hadisə taliban döyüşçülərinin Əfqanıstanın cənub və şərq bölgələrində hücumları nəticəsində 11 mülki əfqan vətəndaşı və 5 koalisiya əsgərinin həlak olmasından bir gün sonra baş verib. Dünən Əfqanıstanın şərqində güllə atəşi nəticəsində bir polşalı əsgər ölüb. Polşanın müdafiə nazirliyi bildirir ki, indiyə qədər Əfqanıstanda 16 əsgəri həlak olub və o, 2013-cü ildə hərbi qüvvələrini Əfqanıstandan tamamilə çıxaracaq. Polşanın Əfqanıstanda 2500 əsgəri xidmət göstərir.

XS
SM
MD
LG