Accessibility links

Əfqanıstanda itkin düşən ABŞ əsgərlərindən birinin cəsədi tapılıb


Əsgərlər Əfqanıstanın Loqar vilayətində, yaraqlıların nəzarəti altında olan əraziyə daxil olarkən itkin düşmüşdülər

NATO-nun bildirdiyinə görə, Əfqanıstanın şərqində ABŞ-ın itkin düşən iki Hərbi Dəniz Qüvvələri əsgərinin birinin cəsədi aşkar edilib. Bu gün açıqlanan bəyanatda cəsədin bazar günü, intensiv axtarışlardan sonra aşkar edildiyi deyilir. NATO ikinci əsgər tapılana qədər əməliyyatların və axtarışların davam etdiriləcəyini bildirib. Taliban atışma zamanı əsgərlərdən birinin öldürüldüyünü, digərinin isə əsir götürüldüyünü bildirib.

ABŞ əsgərləri cümə günü Əfqanıstanın Loqar vilayətində, yaraqlıların nəzarəti altında olan əraziyə daxil olarkən itkin düşmüşdülər.

XS
SM
MD
LG