Accessibility links

Əfqanıstanda NATO əsgərləri hədəf olub


Əfqanıstanda NATO əsgərləri hədəf olub
Əfqanıstanda NATO əsgərləri hədəf olub

NATO bildirib ki, əsgərlər avtomobili düzəldərkən hücuma məruz qalıblar

Əfqanıstanın şimalında NATO əfqan ordusunun uniformasını geymiş şəxsin alyans əsgərlərinə atəş açaraq bir əsgəri öldürdüyünü deyirlər.

İnsident bu gün Baqlan vilayətinin Pul-e-Kumri rayonunda koalisiya qüvvələrinin yoxlama məntəqəsində baş verib. NATO bildirib ki, əsgərlər avtomobili düzəldərkən hücuma məruz qalıblar. Onlar cavab atəşi açaraq hücumçunu yaralayıblar.

NATO həlak olan əsgərin milliyətini açıqlamayıb, lakin Əfqanıstanın şimalında alman qoşunları xidmət göstərirlər.

Əfqan rəsmilərinin sözlərinə görə bu gün Xost şəhərində baş verən başqa bir zorakılıq hadisəsində intiharçı hücumu nəticəsində doqquz nəfər həlak olmuş, 30 nəfər isə yaralanmışdır.

XS
SM
MD
LG