Accessibility links

Əfqanıstanda hərbi maşın karvanı hədəf alınıb


Əfqanıstanda hərbi maşın karvanı hədəf alınıb
Əfqanıstanda hərbi maşın karvanı hədəf alınıb

Əfqanıstanın cənubunda xarici qoşunların maşın karvanını hədəf alan avtomobil partlayışında azı altı nəfər xəsarət alıb. Polis hücumun bu gün Helmənd vilayətinin paytaxtı Ləşkər Gahda baş verdiyini deyib. Yüksək rütbəli polis zabiti, Kamaluddin Şirzad qoşunların hədəf alındığına şübhə etmədiyini deyib. Lakin yaralananlar arasında əsgərlərin olub-olmadığı qeyri-məlumdur.

Partlayıcı qurğu yerləşdirilmiş avtomobil xarici qoşunların maşın karvanının önündə işə salınmışdı. Planın çox dəqiq hazırlandığı aydın idi.

XS
SM
MD
LG