Accessibility links

Əfqanıstanda vəziyyət gərginləşir


Əfqanıstanda vəziyyət gərginləşir
Əfqanıstanda vəziyyət gərginləşir

Əfqanıstanda qadının NATO konvoyu tərəfindən vurularaq ölməsindən sonra paytaxtda vəziyyət gərginləşib. Əfqan polisi bildirir ki, insident zamanı digər bir qadın və uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. NATO 3 maşınlıq karvanın təsadüfən qadını vuraraq öldürdüyünü təsdiq edib. Hadisənin ardınca qəzəbli əfqanlar hadisə yerinə toplaşıb. Fransa xəbər agentliyi deyib ki,bəziləri beynəlxalq qüvvələrə daş atıb.

Bu arada Rusiya və ABŞ Əfqanıstanın 21 rus hərbi vertolyotu ilə təmin olunması barədə razılığa gəlib. Rusiyanın Kommersant qəzeti bildirib ki, ABŞ Əfqanıstanın Hərbi Havaq Qüvvələri Qərargahının rəisi general Əbdül Vəhab Vardaka sazişin imzalanmaq üzrə olduğunu bə vertolyotların bu ilin sonunadək gətiriləcəyini bildirib.

XS
SM
MD
LG