Accessibility links

Əfqanıstanda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabiti həlak olub


Əfqanıstanda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabiti həlak olub
Əfqanıstanda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabiti həlak olub

Əfqan rəsmiləri Əfqanıstanın cənubunda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabitinin həlak olduğunu bilidiriblər. Hadisə dünən axşam Zabul vilayətində baş verib. NATO bildirib ki, bu gün Əfqanıstanın başqa cənub bölgəsində bomba hücumu nəticəsində NATO-nun bir əsgəri həlak olub. Doqquz il davam edən müharibə ərzində bu il Əfqanıstandakı beynəlxalq qüvvələrin ən çox tələfat verdiyi il olub. Əfqan və koalisiya qüvvələrinin Qəndəhar və ətraf rayonlarda Taliban yaraqlılarını hədəf alandan bəri zorakılıq artıb. Əfqanıstanın Müdafiə Nazirliyinin sözcüsü general Məhəmməd Zahir Əzimi müxbirlərə əməliyyatın bitməsinə az qaldığını və bir çox ərazinin yaraqlılardan təmizləndiyini bildirib.

XS
SM
MD
LG