Accessibility links

Əfqanıstanda zəlzələ baş verib


Əfqanıstanın şimal-şərqində 5.7 bal gücündə zəlzələnin baş verdiyi bildirilir. Əfqan rəsmilərinin bildirdiyinə görə, Baqlan vilayətinin Burka mahalında baş verən zəlzələ nəticəsində evlər uçmuş və bir neçə adam dağıntılar altında qalmışdır.

Vilayətun qubernatorunun sözçüsü Mahmud Haqmal Amerikanın Səsinə bu gün baş verən zəlzələnin azı 5 nəfərin yaralanmasına səbəb olduğunu bildirib. O, itki və zərərin dərəcəsinin müəyyən edilməsi üçün zəlzələnin baş verdiyi bölgəyə nümayəndə heyətinin göndərildiyini deyib.

Zəlzələ nəticəsində yaxınlıqdakı Taxar və Bədəxşan vilayətlərində də evlərin uçduğu bildirilir.



XS
SM
MD
LG