Accessibility links

Əfqanıstanın cənub-qərbində insanla dolu avtobus yol kənarında basdırılmış minaya tuş gəlib


Partlayış bu gün Nimroz vilayətindəki Delaram yolunda, avtobus Kabilə doğru hərəkət edən an baş verib

Əfqan rəsmiləri bildirib ki, Əfqanıstanın cənub-qərbində insanla dolu avtobus yol kənarında basdırılmış minaya tuş gəlib. Nəticədə azı 25 mülkü vətəndaş həlak olub və 20 nəfər yaralanıb. Partlayış bu gün Nimroz vilayətindəki Delaram yolunda, avtobus Kabilə doğru hərəkət edən an baş verib. Vilayətin qubernatoru Gulam Dastqir Azad reportyorlara deyib ki, partlayışda üsyançı qüvvələrin əli olduğuna inanır. NATO rəsmiləri də avtobus partlayışında və Əfqanıstanın cənubunda ölumlə nəticələnən başqa təcavüzdə üsyançıları günahlandırır. NATO başqa hadisədə iki mülkü şəxs, avtomabilləri əldədüzəltmə partlayıcı qurğuya tuş gələrkən həlak oluduğunu bildirib.

XS
SM
MD
LG