Əfqanıstanın parlamentdən kənarlaşdırılan qadın üzvü Semin Barakzai aclıq təitilini 8-ci gündür davam etdirir. O, keçən il parlament seçkilərində saxtakarlıq ittihamları ilə üzləşib. Həkimlər onun səhhətinin ağırlaşdığını bildirir. Seçkilərin nəticələrini boykot edən qanunvericilər dünən yenidən parlamentə qayıdıb. Əfqanıstanın seçki komissiyası bir il əvvəl keçirilən mübahisəli seçkilərin nəticələrini araşdırırdı. Komissiya 9 parlament üzvünün qələbəsini qeyir-qanuni elan edib. Barakzai onlardan biridir. O, işi bərpa edilənədək aclığını davam etdirəcəyini bildirib.