Accessibility links

Əfqanıstan hökuməti amerikalı zabitləri öldürmüş kəşfiyyatçını axtarır


Əfqanıstan hökuməti amerikalı zabitləri öldürmüş kəşfiyyatçını axtarır
Əfqanıstan hökuməti amerikalı zabitləri öldürmüş kəşfiyyatçını axtarır

Əfqanıstan rəsmiləri şənbə günü güclü təhlükəsizlik sistemi altında işləyən Daxili İşlər Nazirliyinin binasında iki amerikalı zabitin yaxın məsafədən öldürülməsinə görə cavabdeh olan əfqan milliyətli kəşfiyyat zabitini axtarırlar. Rəsmilər 25 yaşlı kəşfiyyatçının Pakistanda təhsil aldığını deyirlər.

Leytenant-polkovnik və mayorun qətlə yetirilməsi Əfqanıstanda beş gündür ki, Quranın NATO qüvvələri tərəfindən yandırılmasına qarşı etiraz dalğasının tərkib hissəsi kimi qiymətləndirilir. İndiyədək keçirilən nümayişlərdə onlarla adam ölüb.

Prezidenti Həmid Karzay əfqan xalqını sakitləşməyə çağırıb. “İndi ki, biz öz emosiyalarımızı göstərdik, sakit və dinc olmaq vaxtıdır,” deyə Karzay telelviziya müraciətində bildirib.

Amerikalı zabitlərin öldürülməsindən sonra əfqan hökumət binalarında işləyən bütün xarici əməkdaşlar geri çağırılıb. NATO bu addımı əməkdaşların həyatlarını qorumaq ehtiyacı ilə izah edir.

Taliban qətllərə görə məsuliyyəti öz üzərinə götürərək hücumun müsəlmanların müqəddəs kitabının yandırılmasına cavab olduğunu deyir.

XS
SM
MD
LG