Accessibility links

Fransada bir şəxs bıçaqla 4 uşağı yaralayıb


Polisin bildirdiyinə görə, cümə axşamı Fransanın cənub-şərqindəki Annesi şəhərindəki parkda baş verən bıçaqla hücumda Suriya vətəndaşı dörd uşağı və bir yetkini yaralayıb. Qurbanlardan bəziləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, hücum edən şəxs Fransada qanuni qaçqın statusu olan Suriya vətəndaşıdır. İstintaqdan alınan məlumatda bildirib ki, həmin şəxsin adı təhlükəsizlik orqanlarına məlum deyil və onun hücumunun səbəbləri aydın deyil.

Baş prokuror Layn Bonnet-Matis bildirib ki, hər dörd uşaq həyati təhlükəsi olan bıçaq yaraları alıb. Prokuror bildirib ki, ən kiçiyi 22 aylıqdır, ikisinin 2, ən böyüyünün isə 3 yaşı var.

Gənc qurbanlardan ikisi turist olub. Biri britaniyalıdır, digərinin milliyyəti açıqlanmayıb.

Fransanın daxili işlər naziri Cerald Darmanin Tvitter səhifəsində hücumçunun həbs edildiyini bildirib.

Polisin bildirdiyinə görə, iki uşaq və bir yetkinin həyati təhlükəsi var, iki uşaq isə yüngül xəsarət alıb.

"Uşaqlar və bir yetkin həyatla ölüm arasındadır. Millət şokdadır" deyən Fransa prezidenti Emmanuel Makron Twitter səhifəsində hücumu "qorxaqlıq əməli" adlandırıb.

Şahidlər hücum zamanı yaralanan uşaqlardan azı birinin uşaq arabasında olduğunu bildirib. Hadisə saat 07.45 radələrində Fransanın Alp dağlarında yerləşən Annesi şəhərindəki göl kənarındakı parkın oyun meydançasında baş verib.

Özünü Ferdinand kimi təqdim edən şahid BFM TV-yə "O, (oyun meydançasına) atıldı, qışqırmağa başladı və sonra uşaq arabalarına tərəf getdi, uşaqları dəfələrlə bıçaqla vurdu" deyib.

Digər şahid və yaxınlıqdakı restoranın sahibi Corc "Analar ağlayır, hamı qaçırdı" deyib.

Telekanal bir neçə polisin parkda bir nəfəri yaxalamağa çalışdığını göstərən video nümayiş etdirib.

XS
SM
MD
LG