Accessibility links

Fransa fələstinlilərə dəstək nümayişlərini qadağan edir


Fransanın Daxili işlər naziri HƏMAS-ın İsrailə hücumundan sonra antisemitizmin artması fonunda yerli hakimiyyət orqanlarına fələstinliləri dəstəkləyən bütün nümayişləri qadağan etməsi ilə bağlı göstəriş verib.

Prezident Emmanuel Makron fransızları Yaxın Şərqdəki müharibənin ölkə daxilində gərginliyə səbəb olmasının qarşısını almağa çağırıb.

Makronun çıxışından bir müddət əvvəl Paris polisi qadağaya baxmayaraq İsrail hökumətinə etiraz edən fələstinli tərəfdarı nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Fransa və İsrailin ikili vətəndaşlığı olan bir neçə nəfərin HƏMAS tərəfindən girov götürüldüyü güman edilir.

Bu vəziyyətdə Makron söz verib ki, Fransa hakimiyyəti öz yəhudi vətəndaşlarını qoruyacaq və “nifrət daşıyan hər kəsə amansız olacaq”.

Forum

XS
SM
MD
LG