Accessibility links

Makronun Fransada prezident seçkilərində qələbə çaldığı proqnozlaşdırılır


Fransada keçirilən sorğular prezident Emmanuel Makronun bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda ifrat sağçı rəqibi Marin Le Peni arxada qoyaraq seçkilərin proqnozlaşdırılan qalibi olduğunu göstərir.

İlkin məlumatlara görə, Makron ikinci turda 57-58 faiz səs toplayıb.

Rəsmi nəticələr hələ açıqlanmayıb.

İki namizəd arasında təkcə daxili siyasət məsələləri deyil, Fransanın Avropa, NATO və bütün dünyada rolu ilə bağlı kəskin fərqli baxışlara malik olmasına görə səsvermənin nəticələri ölkə üçün olduqca böyük önəm daşıyır.

Seçkilərin ikinci turunda qələbə çalması Makronun beləliklə, ikinci müddətə yenidən seçilməsini təmin etdiyi və ölkə üçün siyasi təlatüm ola biləcək hadisələrin qarşısını aldığı kimi qiymətləndirilir.

İlk proqnozlar onun səslərin təxminən 58 faizini aldığını göstərir. Bu proqnozlar adətən doğru olsa da, bütün ölkə boyu rəsmi nəticələrin verilməsi ilə yenilənə bilər.

Bu, Makronun Le Penlə rəqib olduğu ikinci prezident seçkisidir. Beş il əvvəl ifrat sağçı namizədlə rəqabət aparan Makron o zaman siyasətdə yeni fiqur kimi dəyişiklik vədi ilə hakimiyyətə gəlmişdi. Hazırda Makron ətraf mühit və iqtisadiyyat kimi məsələlərin həlli ilə bağlı elektoratın qarışıq rəylərini almış tanınmış bir simadır.

Le Pen və Makron keçən çərşənbə günü aralarında yeganə debat zamanı daxili və xarici siyasətlə bağlı kəskin fərqli mövqelər ortaya qoydular. Le Pen bərpa olunan enerjidən mərhələli şəkildə imtina etmək və Fransanın Avropa İttifaqı və NATO kimi qurumlarda iştirakını azaltmaq platformasından çıxış edib.

Ekspertlərin fikrincə, seçkinin qalibini qarşıda çətin bir yol gözləyir. Səslər hələ hesablanmamışdan əvvəl bir çox fransalı artıq nəticədən narazı qalıb.

XS
SM
MD
LG