Qərb ölkələrinin Moskvanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə bir sıra rus oliqarxlarına sanksiyalar tətbiq etməsindən sonra Fransada prezident Vladimir Putinin ən yaxın adamlarından biri olan güclü rus maqnatı İqor Seçinlə əlaqəsi olan superyaxta ələ keçirilib.
Fransa hökuməti martın 3-də Avropa İttifaqının Rusiyaya qarşı gördüyü tədbirlərin bir hissəsi olaraq Rusiyanın enerji nəhəngi Rosneftin baş icraçı direktoru Seçinlə əlaqəli olan şirkətə məxsus gəmini ələ keçirib.
Bu həmçinin ABŞ Prezidenti Donald Tramp martın 1-də illik hesabat məruzəsində “Biz avropalı müttəfiqlərimizlə birlikdə sizin yaxtalarınızı, sizin lüks mənzillərinizi, sizin özəl təyyarələrinizi tapıb, onları ələ keçirəcəyik” deməsindən sonraya təsadüf edib.
“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını həyata keçirilməsinin və Ukraynaya dəstəyin bir hissəsi olaraq biz ilk yaxtanı ələ keçirdik,” Fransanın ictimai fəaliyyət və hesablar naziri Twitter-də yaxtanın şəkli ilə birlikdə paylaşıb.
Fransanın Maliyyə naziri Bruno Le Marinin bildirdiyinə görə, Amore Vero adlı gəmi Marsel yaxınlığında La Siotada bir tərsanədən qaçmağa çalışarkən saxlanıılıb.
85.4 metrlik yaxtanın adı əvvəllər Müqəddəs Şahzadə Olqa idi, amma Seçin və həyat yoldaşı Olqa Seçina 2017-ci ildə boşanandan sonra onun adı Amore Vero-ya dəyişdirilib.
2016-cı ildə Moskvada qərargahlanan “Novaya Qazeta” qəzeti superyaxta ilə bağlı araşdrma hesabatı dərc etdiyində Seçin və arvadı superyaxtanın onlara aid olduğunu inkar etmişdi.
Fransanın açıqlaması Frobes jurnalı Almaniya rəsmilərinin Özbəkistanda dünyaya gələn rus maqnat Alişer Usmanova məxsus olan və 600 milyon dollar dəyərində olduğu güman edilən 156 metrlik superyaxtanı ələ keçirdiyini bildirməsindən bir gün sonraya təsadüf edib.
Bu məlumat rəsmi olaraq təsdiq olunmayıb.
Ötən ay bir çoxlarının Putinə məxsus olduğunu dediyi 82 metrlik superyaxta Hamburq limanını tərk edərək yaxınlıqda Rusiyanın liman şəhəri Kalininqradda lövbər atıb. Bundan iki həftə sonra isə Ruisyaya Ukraynaya qarşı tammiqyaslı hərbi hücuma başlayıb.
Avropa İttifaqı Kremllə yaxın əlaqəsi olan bir neçə rus milyarderi, o cümlədən Putinin sözçüsü Dmitri Peskovu bu həftənin əvvəlində sanksiya siyahısına əlavə edib.
Bu arada isə Ukraynanın ən zəngin adamlarından Oleksandr Yaroslavski martın 3-də deyib ki, o, Rusiyanın bomba və artilleriya hücumlarının əsasə hədəflərindən biri olan doğma şəhəri olan Xarkivdə binaları bərpa etmək məqsədilə 50 milyon dollarlıq yaxtasını satmağı planlaşdırır.