Accessibility links

Fransa Agentliyi: iPhone 12 həddindən çox radiasiya yayır, bazardan çıxarılmalıdır


Fransa hökumətinin nəzarət agentliyi çox yüksək səviyyədə elektro-maqnit şüalar yaydığına görə, Apple şirkətini iPhone 12 məhsulunu Fransa bazarından geri çəkməyə çağırıb.

Radio-elektrik tezliklərə, eləcə də əhalinin elektro-maqnit şüalanmasına məruz qalmasına nəzarət edən Milli Tezlik Agentliyi çərşənbə axşamı verdiyi açıqlamasında Apple şirkətini artıq istifadə olunan telefonlarda "bu nasazlığı tez bir zamanda aradan qaldırmaq üçün bütün mövcud vasitələri tətbiq etməyə" çağırıb.

Fransa tənzimləyicisinin açıqlamasında deyilib ki, iPhone 12-də yenilənmələr agentlik tərəfindən izlənəcək və mövcud problemlər aradan qaldırılmasa Apple artıq satılan telefonları geri çağırmalı olacaq.

Apple iddialarla razılaşmayıb və cihazın radiasiyanı tənzimləyən bütün qaydalara uyğun olduğunu bildirib.

Fransa agentliyi bu yaxınlarda iPhone 12 də daxil olmaqla, 141 ədəd telefonunu insana təsir edə bilən elektro-maqnit dalğalarını yoxladığını bildirib.

O, əldə və ya cibdə olan telefonun sınaqları zamanı hər kiloqram üçün 5,74 vatt elektro-maqnit enerjisinin udulma səviyyəsini aşkar edib ki, bu da Avropa İttifaqının kiloqram üçün 4 vatt standartından yüksəkdir.

Agentliyin dediyinə görə, gödəkçə və ya çantada olan iPhone 12-nin radiasiya səviyyəsi qiymətləndirilən zaman şüalanma həddi keçib.

Apple 2020-ci ilin sonunda buraxılan iPhone 12-nin bir çox beynəlxalq qurumlar tərəfindən sertifikatlaşdırıldığını və bütün dünyada radiasiya ilə bağlı bütün müvafiq qaydalara və standartlara uyğun olduğunu bəyan edib.

Forum

XS
SM
MD
LG