Accessibility links

Fransada anti-mühacir əhvali-ruhiyyəsi [Video]


Fransada anti-mühacir əhvali-ruhiyyəsi
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Şartr şəhərindəki qədim şüşəli kilsə kimi Fransa əhalisi də müxtəlif biçimlidir. Şəhərin mərkəzindən kənarda Fransanın tamamilə başqa bir simasını görmək olar. İslamçıların həyata keçirdiyi silsilə terror hücumlarından sonra vaxtilə müsəlman ölkələrindən buraya ucuz işçi qüvvəsi kimi gələnlər hazırda özlərini rahat hiss etmədiklərindən şikayətlənir.

“Biz hədsiz qəzəbli sağçılardan qorxuruq. İndi mən kafeyə gedəndə insanlar mənə qəribə baxır. Məsələn, mən kürdəm və müsəlmanam, dinlə heç bir əlaqəm yoxdur. Lakin Fransanın xəbər kanalları, TV və siyasətçilərin xaricilərə münasibəti tamamilə dəyişib” deyə, Polad Mənsur bildirir.

Hücumlar, əsasən də müsəlmanlar olmaqla, mühacirlərə qarşı neqativ münasibət, mühacirəti kəskin tənqid edən Marin Le Penin başçılıq etdiyi "Milli Cəbhə"yə dəstək sürətlə artır. "Milli Cənbə"nin üzvü Frensis Nadizi: “Mari Le Penın mesajında aydın deyilirdi, mühacirət məsələsi ciddi tənzimlənməlidir. Biz sərhədlərimizə nəzarəti gücləndirməli və fəlakətli Şengen zonasından çıxmalıyıq.”

"Milli Cəbhə" sərhədlərə nəzarət, Avropa məsələsi, Şengen və mühacirətlə bağlı məsələlərdə başqa ölkələrin millətçiləri ilə eyni fikirdədir.

Təkcə Şartrda deyil, Fransanın hər yerində müsəlman mühacirlərlə aparılan rəy sorğularının nəticələri bunu göstərib: Donalt Tramp hakimiyyətə gəlsə, Fransada anti- mühacir əhvali-ruhiyyəsi daha da dərinləşəcək. “Bu, irqçiliyi, Amerikada da, Fransada da problemləri daha da artıracaq. Milli Cəbhəyə dəstək artacaq və onlar da amerikalıların etdiyini edəcəklər” deyə, Əhməd Lüfi bildirir.

Bəzi sakinlər isə müsəlmanlara qarşı hansısa dəyişikliyə imkan verməyəcəklərini deyirlər. “Mən irqçi deyiləm. Müsəlman müsəlmandır, xristiansa xristian. Bizim baxışlarımız eyni deyil, lakin kər kəs digərinə hörmət ertməlidir. Təəssüf ki, hami mənim kimi düşünmür.”

Biz fransalı müsəlmanlar arasında Trampı dəstəkləyən tapmadıq. Lakin onların çoxu Hillari Klintonu Yaxın Şərq siyasətinə görə tənqid edərək deyirlər ki, Birləşmiş Şataların hazırkı administrasiyanın müdaxiləsinın terrorçuların artmasına səbəb olub .

XS
SM
MD
LG