Accessibility links

"Charlie Hebdo" qəzetinin Parisdəki ofisinə hücum olub [Fotoqalereya]

Baş qərargahı Parisdə yerləşən "Charlie Hebdo" satirik qəzetin ofisinə hücum olub - 7 yanvar, 2015

1/6 Baş qərargahı Parisdə yerləşən "Charlie Hebdo" satirik qəzetin ofisinə hücum olub - 7 yanvar, 2015

Yanğınsöndürənlər "Charlie Hebdo" ofisinin qarşısında yaralanan şəxsə yardım edir - Paris, 7 yanvar, 2015

2/6 Yanğınsöndürənlər "Charlie Hebdo" ofisinin qarşısında yaralanan şəxsə yardım edir - Paris, 7 yanvar, 2015

"Charlie Hebdo"-do satirik qəzetinin ofisinə hücum olub - Paris, 7 yanvar, 2015

3/6 "Charlie Hebdo"-do satirik qəzetinin ofisinə hücum olub - Paris, 7 yanvar, 2015

Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" qəzetinin ofisinə edilən hücumdan sonra Yelisey ofisindən çıxır - Paris, 7 yanvar, 2015

4/6 Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" qəzetinin ofisinə edilən hücumdan sonra Yelisey ofisindən çıxır - Paris, 7 yanvar, 2015

Fransanın daxili işlər naziri Bernard Kazno (solda), Paris şəhərinin meri Ani Halqu (mərkəzdə) hücumun həyata keçirildiyi "Charlie Hebdo" qəzetinin ofisinə gəlib - Paris, 7 yanvar, 2015

5/6 Fransanın daxili işlər naziri Bernard Kazno (solda), Paris şəhərinin meri Ani Halqu (mərkəzdə) hücumun həyata keçirildiyi "Charlie Hebdo" qəzetinin ofisinə gəlib - Paris, 7 yanvar, 2015

"Charlie Hebdo"-nun pəncərəsində güllə yeri - Paris, 7 yanvar, 2015

6/6 "Charlie Hebdo"-nun pəncərəsində güllə yeri - Paris, 7 yanvar, 2015

Previous slide
Next slide

Fransa polisinin bildirdiyinə görə, həftəlik "Charlie Hebdo" satirik qəzetin Parisdəki baş qərargahına edilən hücum zamanı azı 12 nəfər ölüb.

Media xəbərlərində deyilir ki, qəzetin ofisinin yerləşdiyi binanı azı iki nəfər Kalaşnikov silahı və qumbara ilə atəşə tutub. Şübhəlilərin iki avtomobillə hadisə yerindən qaçdığı guman edilir. Yerli media hücumun qəzet işçilərinin keçirdiyi yığıncaq zamanı həyata keçirildiyini bildirib.

Qəzetin redaktoru Stefani Şarbonniyer və üç karikaturaçı ölənlər arasındadır.

Fransa prezidenti Fransua Olland müxbirlərə hücumun şübhəsiz terror aktı olduğunu deyib. O, medianı müdafiə edərək, "bu vəhşilik aktının mətbuat azadlığını boğa bilməyəcəyini" deyib.

Bu hücumdan sonra Fransa terrorla bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.

Vaşinqtonda Ağ Evin mətbuat katibi Coş Ernst atışmanı terror hadisəsi kimi deyil, zorakılıq aktı kimi qiymətləndirib. "Bu hücum bizim bu ölkədə yüksək qiymətləndirdiyimiz dəyərlər hücumdur"-deyə o bildirib.

2011-ci ildə qəzetin üz qabığında Məhəmməd peyğəmbərin karikaturası dərc edildikdən sonra satirik qəzetin ofisinə bomba hücumu edilmişdi.

This item is part of
XS
SM
MD
LG