Accessibility links

Fransa Rusiyanın Vaqner qrupunu Avropanın terror təşkilatları siyahısına daxil edib


Fransa Vaqner muzdlu qrupunu Avropanın terror təşkilatları siyahısına daxil edib. Buna ölkənin Milli Assambleyasının deputatları səs verib.

Beynəlxalq Fransız Radiosunun məlumatına görə, bu, "simvolik" tədbirdir. Qətnamədə, xüsusilə də Almaniyanın kəşfiyyat xidmətlərinin qiymətləndirmələri var ki, buraya yarı-hərbi qrupun "Buçada mülki əhalinin öldürülməsində və işgəncələrində iştirakı" da daxildir. Sənəddə deyilib ki, muzdlulardan ibarət Vaqner qrupunun Ukraynadakı hərəkətləri müharibə cinayəti kimi qiymətləndirilə bilər.

Fransalı deputatların qəbul etdiyi sənəddə Suriyanın mülki əhalisinə qarşı, eləcə də Mali və Mərkəzi Afrika Respublikası da daxil olmaqla, bir sıra Afrika ölkələrinə qarşı törədilən çoxsaylı cinayətlərdə Rusiyanın bu muzdlu təşkilatının rolu da qeyd olunur.

Sənəddə parlament üzvləri ölkə hökumətinə müraciət edərək, özəl Vaqner hərbi şirkətini Avropa İttifaqının terror təşkilatları siyahısına salmaq üçün Avropa İttifaqı ilə diplomatik əməkdaşlığa çağırıb.

Bundan əlavə, Fransa parlamenti "terror qurbanlarının ədalətli və lazım gəldikdə təzminat ala bilməsi üçün onlara daha effektiv dəstək verilməsinə" çağırıb.

Ukrayna prezidenti Volodimir Zelenski bu qərara müraciətinini gecə müraciətində bildirib.

"Rusiyanın terrorçu psevdo-özəl qruplaşması "Vaqner"lə bağlı bugünkü qərarına görə Fransa parlamentinə xüsusi təşəkkür edirəm. Bu, bütün dünya tərəfindən qəbul edilməli olan bir addımdır. Terrorizmin hər bir təzahürü məhv edilməli və hər bir terrorçu cəzalandırılmalıdır" - deyə, Zelenski vurğulayıb.

Britaniya da Vaqner-i terror təşkilatları siyahısına daxil etmək niyyətindədir. The Times qəzetinin yazdığına görə, iki ay hüquqi əsas axtardıqdan sonra belə bir qərar qaçılmaz olub. Nəşrin Britaniya parlamentindəki mənbəyinin dediyinə görə, qərar bir neçə həftə ərzində qəbul oluna bilər.

2023-cü ilin martında Litva Seymi muzdlu Vaqner-i terror təşkilatı kimi tanıyıb. Xüsusi hərbi şirkətin muzdlularının dövlət və ictimai təhlükəsizliyə hədə olduğu barədki qətnamə yekdilliklə qəbul edilib.

Aprel ayında Avropa İttifaqı Vaqner-i "Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə fəal iştirakına görə" sanksiyalar siyahısına daxil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG