Accessibility links

Frank Şvabe və Stefan Şennak Azərbaycanda baş verənlərdən narahatdır


"Seçkisonrası dövrdə Azərbaycanda baş verən hadisələrdən həddindən artıq narahatam", 9 fevral seçkilərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəhbəri Frank Şvabe Tvitter-dəki mikrobloqunda belə yazıb.

Deputatlığa namizədlərə qarşı zorakılıq və onların həbsi biabırçı haldır.
Frank Şvabe, AŞPA müçahidə missiyasının rəhbəri

"Deputatlığa namizədlərə qarşı zorakılıq və onların həbsi biabırçı haldır. Ölkə hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırıram" - deyə, o qeyd edib.

Öz növbəsində, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennak Tvitter-də yazıb: "Bu seçkilər ətrafında baş verənlərdən çox narahatam - bülletenlərin kütləvi şəkildə qutulara atılması, jurnalistlərin döyülməsi, bütün digər pozuntular - (məntəqələrin) 40%-də bu cür hallar həqiqətən baş verib - çox pisdir".

ATƏT-in seçki müşahidə missiyası
ATƏT-in seçki müşahidə missiyası

Fevralın 9-da Azərbaycanda parlamentə növbədənkənar seçkilər keçirilib. Fevralın 11-də seçkilərin nəticələrindən narazı olan bir qrup deputatlığa namizəd və fəallar Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya keçirib. Aksiya polis tərəfindən güc tətbiq edilərək dağıdılıb. Bu zaman deputatlığa namziədlər və jurnalsitlər polis tərəfindən saxlanılıb və xəsarət alanlar olub.

XS
SM
MD
LG