Accessibility links

“Frankenşteyn”in 200 illiyi qeyd edilir


“Frankenşteyn”in 200 illiyi qeyd edilir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Nyu-York şəhərində “Halloween”ə hazırlıqlar artıq başlayıb. Məşhur “Morqan Kitabxanası və Muzeyi”ndə Meri Şellinin ən məşhur dəhşət pomanlarından biri olan “Frankenşteyn”in 200 illiyi qeyd edilir.

Bu, klassik Hollivuddur – Gəzən ölülər, divanə alim və Frankenşteyn. Bugünkü standartlara uyğun olsa da, buna Birləşmiş Ştatlarda ilk dəhşət filmi demək olar.

Frankenşteyn ideyası 200 il əvvəl yaransa da, o, bir neçə yeni versiyada, tamaşa və komiks kitablarında öz əksini tapıb.

Bu, Frankenşteynə həsr edilmiş ilk sərgidir və bu sərgidə ona aid olan əsas xarakterlər bir araya gəlib. Sərgiyə gələn ziyarətçilər Meri Şellinin kimyaçının monsterə həyat verdiyi haqda əlyazmasını da görə bilir.

İlk nəşrdə Şellinin adı yoxdur. Gənc yazar oxucuların kitabı bəyənməyəcəyindən ehtiyat edərək adını açıqlamayıb. Bu kitab və Şellinin özünün həyatı arasında oxşarlıqlar var. Sərginin kuratoru Elizabet Kempbell: “Onun həyatında doğrudan da faciə baş vermişdi. Anası onu dünyaya gətirdikdən on gün sonra ölüb. O, anasız böyüməyin nə olduğunu bilirdi. Özünün 20 yaşı olanda isə o dul qalıb. Onun anası olmayan bir monster haqda kitab yazması bu mənada təsadüfi deyil. Onun özü və yaratdığı obraz arasında müəyyən mənada oxşarlıq var.”

XIX əsrin əvvələrinə aid ədəbiyyatda qorxulu süjetlər geniş yer alırdı. Lakin Şellinin romanı fərqlidir. Burada dəhşət elmi fantastika ilə vəhdətədir. Mistika kimyəvi reaksiyalar, cərrahiyyə əməliyyatları və insanın həqiqətən də qanını donduran səslərlə əvəz olunub. Con Bidvell: “Frankenşteynin klassik dünya ədəbiyyatına aid olduğu ilə hamı razıdır. Yalnız Frankenşteynin bir çox klassik əsərlərdən fərqi ondadır ki, onu müxtəlik yollarla şərh etmək, qısaltmaq, uyğunlaşdırmaq mümkün olub. Onun 200 illik müvəffəqiyyəti və uğuruna elə bu səbəb olub.”

“Universal studio”nun 1931-ci ildə çap etdiyi bu plakat Hollivud tarixində ən bahalı plakatdır. Onun qiyməti 600 min dollardan yuxarıdır.

“Bir gün səhər yağış pəncərənin şüşəsinə dəyirdi. Mən sönmək üzrə olan şam işığında bir məxluğun sönük, sarımtıl gözlərini açdığını gördüm, o, ağır nəfəs alırdı və onun bədəni tədricən hərəkətə gəlirdi..."

200 il əvvəl bu sözlər monsterin canlandırıldığını ifadə edirdi. Bu gün, yüz illər sonra da bu hekayə yaşamaqda davam edir.

XS
SM
MD
LG