Accessibility links

Frankfurt beynəlxalq hava limanında iki Amerika hərbiçisini öldürən şəxsin heç bir mütəşəkkil silahlı qrupla əlaqəsi yoxdur

Almaniyanın federal prokurorluğu Frankfurt beynəlxalq hava limanında iki Amerika hava qüvvələri hərbiçisini öldürən şəxsin heç bir mütəşəkkil silahlı qrupla əlaqəsi olmadığını bildirir. Bundan əvvəl hücumun motivinin islam ekstremizminə əsaslandığını deyilirdi. Prokurorluq Arid Uka adlı 21 yaşlı hücumçunun ABŞ-ın başçılıq etdiyi Əfqanıstan müharibəsinə qəzabləndiyini bildirib. Siqaret istəmək bəhanəsi ilə ABŞ əsgərlərini daşıyan avtobusa yaxınlaşan Uka onların Əfqanıstan yollandığını soruşub. Bəli cavabını aldığı əsgəri o, arxadan başından güllələyib. Daha sonra avtobusa daxil olaraq, sürücünü öldürüb. Hadisə zamanı iki əsgər yaralanıb.

XS
SM
MD
LG