Accessibility links

ABŞ polisinin zorakılıqları ilə bağlı xəbərlər Fransada güclü rezonans yaradıb


ABŞ polisinin zorakılıqları ilə bağlı xəbərlər Fransada güclü rezonans yaradıb
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Polis zorakılığı və irqi ədalətsizliklə bağlı xəbərlər etnik afrikalılar və ərəblərin çox olduğu Fransada xüsusilə güclü rezonans doğurur. Lakin ABŞ və başqa ölkələrin polis məmuru Derek Çauvinin təqsirli tanınmasının cəmiyyətdə dəyişikliklərə səbəb ola biləcəyinə dair yaranan nikbiinlik Fransadan yan keçib.

Polis zabiti Derek Çauvinin afrikalı-amerikalı Corc Floydun qətli ilə əlaqədar məhkəmə prosesi Fransa mediasında böyük diqqət cəlb etmişdi. Lakin məhkəmə prosesi, polis zorakılığı və irqçilik mövzularındakı xəbərlərin əksəriyyəti ABŞ-a aid idi. Parisdəki Amerika Universitetindən Stiven Ekoviç: "Düşünürəm ki, bu, Fransada da müəyyən rezonansa yaradan Amerika problemi kimi görülür. Bu həm də Fransada həm solun, həm də sağın müəyyən anti-amerika düşüncələrini qabardır və bununla da fransızlar ABŞ və onun üzləşdiyi çətinliklər və qüsurları barədə nəsihətlər verə bilirlər."

Floydun polisin nəzarətində ikən ölməsi bir çox fransızın daxili məsələlərə nəzər salmalarına səbəb oldu. Keçən il onlar polisin cavabdehliliyinə çağıran qlobal etirazlara qoşuldu.

Bir çoxları etirazlar zamanı 24 yaşlı Adam Traorin adını səsləndirdi. Ailəsi onun Floyd kimi oxşar şərtlər altında öldüyünü deyir, lakin bu iddialar hələ ki, təsdiqlənməyib. Qaradərili amerikalının ölümü Fransanın müstəmləkə keçmişi və bugünkü haqsızlıqları haqqında daha dərin düşüncələrə yol açdı.

Fransa rəsmiləri polisin irqçiliyinə və vəhşiliyinə qarşı sıfır tolerantlıq göstərəcəklərini və polisə zorakılıqdan istifadəni qadağan edəcəklərini vəd etdilər. Prezident Emmanuel Makron irqə görə münasibəti "dözülməz" adlandırıb.

Polis nümayəndələri sistemik irqçiliyin olduğunu inkar edir. Onlar polisin çətin bölgələrdəki zorakılıqlara qarşı mübarizə apardıqlarını və bəzən terrorizmin hədəfinə çevrildiklərini, bunu edərkən həddən artıq çox işlədiklərini amma kifayət qədər təqdir olunmadıqlarını deyir. Milli Polis Alyansı Birliyindən David Oliver Reverdi: "Milli polis irqçi deyil. Əksinə, Respublikaçıdır və müxtəlif etnik və dinlərin nümayəndələrindən ibarətdir. Problemli şəxslər ola bilər, lakin polis qüvvəsi özü irqçi deyil."

Tənqidçilər isə bunun əksini deyir. Müstəqil vətəndaş haqlarını müdafiə təşkilatının 2017-ci ildə açıqladığı hesabatında deyilib ki, Fransada qaradərili və ya ərəb gənclərin polis tərəfindən dayandırılaraq, şəxsiyyətinin yoxlanılması əhalinin qalan hissəsinə nisbətən beş dəfə yüksəkdir.

Keçən ilin noyabr ayında televiziyada polis işçilərinin qaradərili musiqi prodüserini döydükləri nümayiş etdirildikdən sonra dörd polis işçisi işdən azad edildi. Yanvar ayında altı qeyri-hökumət qrupu polisin irqi mənsubiyyətə görə münasibəti ilə bağlı kollektiv iddia qaldırdı. Vəkil Slim Ben Akor: "10 ildir hökumətlə mübarizə aparırıq. Fransa Ali Məhkəməsi 2016-cı il noyabr ayında dövləti ayrı-seçkiliyə görə ittiham etdi və bundan sonra hökumətin qanunun aliliyinə hörmət etməsini və polisdə islahat aparmağını gözləyirdik. Onlar heç bir şey etmədi."

Bunlar Fransada əvvəllər dəfələrlə eşidilən fikirlərdir. Fəallar bunun yalnız polis məsələsi olmadığını deyir və ölkədə daha böyük və uzunmüddətli bərabərsizliklərin olduğuna işarə edirlər.

XS
SM
MD
LG