Accessibility links

Fransada avtomobillə daha bir hücum həyata keçirilib


Fransanın kiçik şəhərlərindən birində bazar ertəsi axşam saatlarında sürücünün avtomobili restoranın içərisinə sürərək 12 yaşlı qızı öldürməsi və bir neçə nəfəri yaralaması insanları dəhşətə gətirib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

Polis tez bir zamanda ələ keçirilən sürücünün hadisəni güclü narkotik maddənin təsiri altında törətdiyini bildirib. Prokurorlar isə hadisənin qəsdən törədildiyi qənaətinə gəlib.

"Mən hücumun terror motivli olduğunu istisna edirəm. Mən bu hücumla bağlı istintaqa silahlı cinayət kimi başladım" deyə, regionun prokuror müzvini Erik de-Valroge bildirib.

Prokuror avtomobildən heç bir silah çıxmadığını da əlavə edib.

Daxili İşlər Nazirliyinin sözçüsü Pyer Henri Brande Reuters xəbər agentliyinə 32 yaşlı sürücünün depressiyada olduğunu deyib və onu qeyri-sabit bir xarakter kimi təsvir edib.

Avtomobillə edilən bir neçə hücumdan sonra bu hücum insanlarda yenidən narahatlıq yaradıb.

XS
SM
MD
LG