Accessibility links

Fransa "omikron"a görə Britaniya ilə səyahətə məhdudiyyətlər tətbiq edir


Fransa cümə axşamı Britaniyada COVID-19 hallarının artması səbəbindən iki ölkə arasında yalnız müəyyən kateqoriyalı insanların səyahətinə icazə veriləcəyini və Britaniyadan gələn hər kəsin özünü təcrid etməli olacağını elan edib.

Fransa hökuməti məhdudiyyətlərin təchizat zəncirinin pozulmasına səbəb ola biləcəyi ilə bağlı Britaniyanın narahatlığını azaltdaraq, yük maşını sürücülərinin yeni qaydalardan azad ediləcəyini bildirib.

Fransa bu addımı elm adamlarının yüksək yoluxucu gücü olduğunu dediyi COVID-19 virusunun omikron variantının Britaniyada sürətlə yayıldığı üçün atdığını deyib.

"Məqsədimiz omikronun ərazimizdə yayılmasını mümkün qədər məhdudlaşdırmaqdır" - deyə, Fransa hökumətinin sözçüsü Qabriel Attal BFMTV telekanalına bildirib.

Qabriel Attal "Fransa vətəndaşı və ya avropalı olmayan, Fransa sakini olmayan insanlar üçün turizm və işgüzar səfərlər məhdudlaşdırılacaq" deyib.

Onun sözlərinə görə, hazırda Fransada omikron variantına 240 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da Britaniyada olduğundan xeyli azdır.

Parisin elan etdiyi yeni məhdudiyyətlərə görə, Fransadan Britaniyaya səyahət etməyə evə qayıdan Britaniya vətəndaşları, yaxın qohumunun dəfnində iştirak edənlər, tibbi səbəblərə görə səyahət edənlər, vacib işləri olanlar və bəzi digər müstəsna halları olanlara icazə veriləcək .

Yeni qaydalara əsasən, insanların Britaniyadan Fransaya səyahətinə yalnız Fransa vətəndaşları və ya Fransada daimi yaşayan əcnəbilər, mühüm işləri olanlar və ya 24 saatdan az müddət ərzində tranzitdə olanlara icazə verilir.

Fransaya daxil olmazdan əvvəl səyahət edənlər 24 saatdan çox olmayan PCR testi və ya antigen testi etməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG