Accessibility links

Fransa Britaniya ilə səyahət qadağasını qaldırıb


Digər Avropa ölkələri kimi Britaniyada yayılan COVID-19-un yeni növünün qarşısını almaq üçün səyahət qadağası tətbiq edən Fransa çərşənbə günü insanların yenidən Britaniyadan ölkəyə girişinə icazə verib.

Fransaya gələnlərin COVID-a testinin nəticələri 72 saatdan çox olmayan müddət ərzində mənfi olmalıdır.

Qadağa yalnız insanların sərhəddən keçməsini deyil, həm də iki ölkə arasında gəmiçiliyin dayandırılması, ərzaq və digər malların çatışmazlığı ilə bağlı narahatlıqlara səbəb olub.

Britaniya, Fransa və Avropa İttifaqı çərşənbə axşamı qadağanın aradan qaldırılması yolları ilə bağlı razılığa gəlib.

Avropa Komissiyası daha öncə ölkələrə bazar günü başladıqları qadağalara son verməyi tövsiyə etsə də, hazırda Britaniyaya vacib olmayan səfərlərin dayandırılmasına çağırıb.

Virusun yeni növünü keçən həftə aşkar edən Britaniya rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. İlkin göstəricilər virusun əvvəlki növlərə nisbətən daha tez yayıldığını göstərib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bazar ertəsi mətbuat konfransında virusun yeni növünün daha ağır və ya ölümcül olduğuna dair heç bir dəlil olmadığını deyib.

Rəsmilər virusların hər zaman mutasiya etdiyini və bunun baş verməsinin qarşısını almağın ən yaxşı yolunun onun yayılmasına imkan verməmək olduğunu bildirib.

Avropa İttifaqı rəsmilərinin dediyinə görə, yeni, mutasiya olmuş növ Belçika, Danimarka, İtaliya və Hollandiyada da aşkar edilib.

Almaniyanın Yoluxucu Xəstəliklərə Nəzarət İnstitutunun rəhbəri çərşənbə axşamı deyib ki, bütün bu faktlar nəzərə alınsa, virusun yeni növü çox guman ki, Almaniyaya da yayılıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG