Accessibility links

Fransada vertolyot qəzaya uğrayıb


Rəsmilərin bazar ertəsi bildirdiyinə görə, Fransanın cənub-şərqində xilasetmə missiyası yerinə yetirən vertolyotun qəzaya uğraması 3 nəfərin ölümünə səbəb olub. Digər iki nəfərin isə bölgədəki daşqınlar nəticəsində öldüyü bildirilib.

EC-145 xilasetmə vertolyotunun dispeçerlərlə radar əlaqəsini təpəlik Var bölgəsindəki Le Luk-Le Karne istiqamətində uçarkən itirdiyi deyilib.

Daxili İşlər Nazirliyinin açıqlamasında ölən 3 xilasedicinin cəsədinin təxminən gecə saat 1. 30 rədələrinə aşkar edildiyi bildirilib.

Fransanın Aralıq dənizi sahillərində son bir həftə ərzində güclü yağışlar sahil bölgələrdə ciddi daşqınlara və nəqliyyatın iflic vəziyyətə düşməsinə səbəb olub.

Fransanın daxili işlər naziri Kristof Kastane keçən həftə Malidə İslamçı yaraqlılarla mübarizə edərkən öldürülən 13 əsgər və bazar ertəsi 3 xilasedici arasında paralel gətirib.

“Fransa bu gün millətinə xidmət edərkən həyatını itirən 13 əsgərin matəmini saxlayarkən, daha 3 qəhrəmanını itirib” - deyə, Kastane bildirib.

XS
SM
MD
LG