Accessibility links

Fransa hökuməti məişət zorakılığına qarşı mübarizə planı açıqlayıb


Fransa hökuməti məişət zorakılığına qarşı mübarizə planı açıqlayıb
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Fransanın baş naziri Eduard Filipp ictimai qınağa səbəb olan bir sıra qadının qətlindən sonra məişət zəminində cinayətlərlə mübarizə yollarını açıqlayıb. Bu ilin əvvəlindən bəri Fransada 100-dən çox qadın həyat yoldaşları və ya keçmiş sevgililəri tərəfindən qətlə yetirilib. Məişət zorakılığı və qadınların qətli dünya miqyaslı problem olsa da, bir çox hökumətlər buna əhəmiyyət vermir.

Hökumət rəsmilərinə istinadən bildirilir ki, Fransada keçmiş sevgililəri və ya ərləri tərəfindən hər üç gündən bir qadın qətlə yetirilir. Bəzən ölümün səbəbi qadının zorakı şəxslə yaşaması olur. Lakin qətllərin çoxu qadın partnyorundan ayrıldıqdan və hətta onların təhdidləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra baş verir. Onlardan biri də mart ayında keçmiş sevgilisi tərəfindən qətlə yetirilən, iki uşaq anası Juli Duibdir. “O, 5-6 dəfə şikayət etmişdi. Mənim özüm ölüm təhdidi ilə bağlı 5-6 dəfə şikayət etmişdim. Qızımın qətlindən üç gün əvvəl nəyə görəsə, bizə bütün şikayətlərin rədd edildiyi bildirildi” - deyə, Julinin atası Lusyen Duib bildirir.

Juli bu ilin əvvəlində Fransada məişət zəminində qətlə yetirilən 30-cu qurban olub. Bundan sonra Fransada daha 71 qadın öldürülüb ki, bu da ictimai qınağa səbəb olub və buna qarşı ölçülər götürülməsi çağırışları güclənib.

Fransanın baş naziri Eduard Filipp çərşənbə axşamı hökumətin məişət zorakılığı qurbanları olan qadınlar üçün təcili maliyyə fondu yarandığını bildirib. “Biz bilirik ki, məişət zəminində zorakılığa məruz qalan qadınların uşaqları ilə birlikdə yaşamaları üçün 5 milyon avro maliyyə yadımı ayrılıb. Onlar üçün 1000-ə yaxın mobil ev ayrılıb. Tikinti nazirliyi 2020-ci ildə onlar üçün 750 müvəqqəti ev inşa ediləcək. Bu, kollektiv yaşayış düşərgəsi olmayacaq və onlar orada 6 aydan bir ilə qədər qala bilər.”

Digər tədbirlərə eləcə də qeyri-müvəffəq ailələr üçün təhsil proqramları və zorakılıq hallarının qarşısını alan polis daxildir. "Ərlər və ya keçmiş partnyorları insanı nəfəs almağa qoymursa və sonra cəzasız qalırsa, bu, bütün cəmiyyəti boğur. Həyat yoldaşı və ya partnyoru olan, ya da olmayan Fransa qadınına nəfəs almaq hüququ verilməsi vaxtı yetişib və ədalət yerini alıb.”

Məişət zəminində zorakılıq bütün dünya boyu problemdir. BMT-nin araşdırmalarına əsasən, 2017-ci ildə zorakılıqdan qoruna bilmədikləri səbəbindən təxminən 30,000 qadın ərləri tərəfindən qətlə yetirilib.

XS
SM
MD
LG