Accessibility links

Fransa hökuməti pensiya layihəsində dəyişikliklər elan edib


A woman reacts as tear gas is sprayed right into her face during a demonstration in Nantes, France.
A woman reacts as tear gas is sprayed right into her face during a demonstration in Nantes, France.

Fransa hökuməti və həmkarlar ittifaqı nümayəndələri ölkə miqyasında nəqliyyat tətilləri və geniş küçə etirazlarına səbəb olan pensiya islahatı layihəsini dəyişdirmək üçün danışıqlara başlayıb.

Prezident Emmanuel Makronun xahişi ilə Baş Nazir Edvard Filip ittifaq liderləri ilə danışıqlara başlamışdı, ancaq radikal solçu birliklərlə ortaq məxrəcə gəlinməsi gözlənilmir.

CGT birliyinin lideri Filip Martinez danışıqlardan sonra iki tərəf arasında ciddi fikir ayrılıqlarının davam etdiyini söyləyib. O bildirib:

"Dəyişməmişik. Mövcud sistemin dəyişdirilməsini istəmirik və bu mövzunun yenidən müzakirə olunmasını tələb edirik. Əslində bir-birinə zidd olan fikirlər sosial müdafiə ilə bağlıdır. Necə bir cəmiyyətdə yaşamaq seçimidir. Onlar sağlamlıq, pensiya və sosial müdafiə üçün ayrılmış puldan istifadə edilməməsini istəyirlər, çünki xərclər azaldılmalıdır. Biz düşünürük ki, sosial müdafiəni inkişaf etdirmək üçün pul var".

Prezident Makron, ölkənin 42 pensiya sxeminin vahid plan altında birləşdirilməsini təklif edib. Tənqidçilər deyir ki, yeni plan milyonlarla işçini rəsmi pensiya yaşı olan 62 yaşdan daha çox işləməyə məcbur edəcək.

Makronun yaxın köməkçisi bildirib ki, prezident təklif etdiyi qanunu bir az "təkmilləşdirməyə" hazırdır, lakin bu qərardan imtina etməyəcək.

Prezidentə yaxın mənbələr bildirib ki, o, birliklərlə ortaq qərara gəlməyə və etirazların səngiməsinə ümid edir.

İctimai nəqliyyatı dayandıran və müəssisələrə xələl gətirən ümumi tətil çərşənbə günü 14-cü gününə girib.

Etirazların səngiyəcəyi gözlənilmir. Çünki çərşənbə axşamı ölkə boyu 600 mindən çox insan aksiyalara qoşulub.

Həmkarlar ittifaqları cümə axşamı daha bir kütləvi etiraz aksiyası keçirməyə çağırış edib və Miladda barışmaq fikrinə qarşı çıxıb.

XS
SM
MD
LG